12 C
Baku
Saturday, November 23, 2024

İşsizlikdən sığorta üzrə büdcə daxilolmaları 19% artıb

2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19.2% artıb. Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında yazıb. Nazir qeyd edib ki, ötən il bu daxilolmalar 4 mlrd. 586.3 mln. ₼-a çatıb.

Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19% artaraq 160.2 mln. ₼ təşkil edib.

Son xəbərlər
Digər xəbərlər