9 C
Baku
Monday, November 18, 2024

Blinken Çinə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken fevralın 5-6-da Pekinə səfər edəcək və Çinin xarici işlər naziri Çin Qanla görüşəcək.

Bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Dövlət Departamentinin rəhbəri Çində Ukraynadakı münaqişə, Pekinin nüvə arsenalı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə, eləcə də Çində saxlanılan amerikalıların vətəninə mümkün qaytarılması məsələlərini müzakirə edəcək.

Xarici siyasət idarəsinin rəhbərinin danışıqlarda o vaxt ABŞ-ın Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan Nensi Pelosinin ötən ilin avqustunda Tayvana səfərindən sonra donmuş hərbi sahədə əlaqələrin bərpası məsələsini qaldıracağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər