11 C
Baku
Monday, November 25, 2024

Çin ötən il neft və qaz hasilatını artırıb

Çin 2022-ci ildə öncəki illə müqayisədə neft hasilatını 2.9%, təbii qaz istehsalını isə 6.4% artırıb.

Bunları Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin göstəriciləri əks etdirir.

Məlumata görə, Çin ötən il 204.67 mln. ton neft və 217.8 mlrd. kubmetr qaz hasil edib.

Bununla yanaşı, ötən il ölkə 508.28 mln. ton neft idxal edib, bu da illik müqayisədə 0.9% azdır. 2022-ci ildə Çin qaz idxalını da azaldıb (- 9.9%).

MənbəApa
Son xəbərlər
Digər xəbərlər