10 C
Baku
Sunday, December 22, 2024

Azərbaycanda orta aylıq əməkhaqqı 2 manat artıb – Rəsmi

2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27.6 min nəfər və ya 1.6 faiz artaraq 1732.5 min nəfər olmuş, onlardan 903.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Muzdla işləyənlərin 19.3 faizi təhsil, 18.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.9 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.2 faizi tikinti, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi maliyyə və sığorta fəaliyyəti, 14 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2022-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.6 faiz artaraq 829.9 manat olmuşdur. (aylıq müqayisədə 2 manat artım, illik müqayisədə 105.8 manat)

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Digər xəbərlər