Beynəlxalq məhsulların qiymətlərinin qalxmasından sonra Türkiyədə benzinin qiyməti qalxdı.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Yanvarın 17-dən etibarən Türkiyədə 1 litr benzinin qiyməti 6 qəpik (67 quruş) artaraq 1.84 AZN (20.36 lirə) olub. Beləliklə, benzin qiymətləri dekabrın 6-dan bəri ilk dəfə olaraq 20 TL-ni (1.81 AZN) ötüb.
Dizel yanacağının qiymətində isə heç bir dəyişiklik baş verməyib.
Benzinin qiyməti ilin əvvəlində 1.76 AZN (19.47 TL) idi. Son artımla benzinin qiyməti ilin əvvəlindən 5% artmış oldu.