“Sky News”un məlumatına görə, “Microsoft” korporasiyası yaxın günlərdə təxminən 11 min işçisini ixtisar edəcəyini elan edə bilər. Telekanalın məlumatına görə, bu qərar təsdiq olunarsa, yanvarın 24-də maliyyə hesabatları dərc olunana qədər məlumat veriləcək.
Ümumilikdə şirkətdə 220 mindən çox işçi çalışır, ixtisar işçilərin ümumi sayının 5%-nə təsir edəcək. “Microsoft”un sözçüsündən ixtisarlarla bağlı şərh vermək istənildikdə, o, “şayiələr və ya fərziyyələri şərh etmir” deyə bildirib.
“Financial Times”ın məlumatına görə, “Microsoft”un səhmləri 2022-ci ildə təxminən 30% ucuzlaşıb.