“Amazon” şirkəti “Apple” korporasiyasını qabaqlayaraq, dünyanın ən bahalı brendi olub, bu barədə “Brand Finance Global 500” reytinqində deyilir. Buna baxmayaraq, il ərzində şirkət 51 milyard dollar dəyər itirib – kapitallaşması 350.3 milyard dollardan 299.3 milyard dollara düşüb.
“Apple”ın brend dəyəri 16% azalaraq 297.5 milyard dollar səviyyəsində qərarlaşıb. Üçüncü yeri “Google” (281.4 milyard dollar), dördüncü yeri “Microsoft” (191.6 milyard dollar), beşinci yeri isə “Walmart” (113.8 milyard dollar) tutub.
Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Ümumilikdə, “Twitter” və “Snapchat”ın reytinqdən çıxmasından sonra reytinqdəki texnologiya şirkətlərinin sayı 50-dən 48-ə düşüb. “Amazon” şirkətinin rəhbəri Ceff Bezos keçən il 85 milyard dollar itirib. Həmçinin 2022-ci ilin noyabrında şirkət kütləvi ixtisarlar həyata keçirib.