9 C
Baku
Thursday, December 12, 2024

“Saudi Aramco”nun rəhbəri 2023-cü ildə neftə tələbatın artacağını proqnozlaşdırıb

Ən böyük enerji şirkətlərindən olan “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser bildirib ki, bu il neftə tələbat kəskin artacaq. Bunun səbəbi, cənab Nasserin fikrincə, iki amil olacaq: Çin iqtisadiyyatının bərpası və qlobal aviasiya bazarı.

Aviasiya bazarına gəlincə, cənab Nasser artımın səbəbini onda görür ki, təyyarə yanacağına tələbat indi pandemiyadan əvvəlki səviyyədən sutkada təxminən 1 milyon barel aşağıdır – bir il əvvəlki səviyyənin təxminən yarısı.

“Saudi Aramco”nun rəhbəri hesab edir ki, elektriklə işləyən avtomobillərin populyarlaşmasına və investorların bərpa olunan enerji mənbələrinə pul tökməsinə baxmayaraq, onilliyin sonuna qədər neftə tələbat artmaqda davam edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bloomberg” xəbər verir ki, Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra “Brent” markalı neftin qiyməti demək olar ki, bir barel üçün 130 dollara yüksəlib, lakin son aylarda Çin, ABŞ və Avropadakı yavaşlamalar səbəbindən kəskin ucuzlaşıb.

2022-ci ildə OPEC xaricində neft hasilatının artımı sutkada 1.9 milyon barel təşkil edib. 2023-cü ildə hasilatın sutkada 1.5 milyon barel artaraq 67.2 milyon barrelə çatacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər