11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycan xaricdən siqaret alışını 4 dəfə azaldıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana siqaret idxalı kəskin azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, hesabat dövründə ölkəyə xaricdən 3 milyon 608.4 min ABŞ dollar dəyərində 180.6 milyon ədəd siqaret gətirilib. 2021-ci ilin ilk 11 ayı ilə müqayisədə siqaret idxalı məbləğ ifadəsində 74.9%, miqdar ifadəsində isə 73.6% azalıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 685 milyon ədəd siqaret alıb və bu alışa 14 milyon 380.9 min ABŞ dollar vəsait xərclənib. 2022-ci ilin müvafiq dövründə isə 3.8 dəfə az siqaret idxal olunub. Xaricdən siqaret alışına sərf olunan vəsait də 4 dəfə azalıb.

Qeyd edək ki, Azərbaycanda hökumətin siqaretə tətbiq etdiyi rüsumlar və eləcə də daxili istehsaldakı artım yerli idxal şirkətlərinin xaricdən siqaret idxal etmək marağını azaldır. Həmçinin, Azərbaycanda tütün məhsulları idxalını yerli istehsalla tamamilə əvəz etməyə imkan verən istehsal müəssisələri mövcuddur. Buna təsir edən başlıca amillərdən biri Sumqayt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” MMC-dir. Belə ki, “Tabaterra” MMC-yə məxsus müəssisələrdə  “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Tobacco” və s. şirkətlərinin tütün markaları istehsal olunur.

Son xəbərlər
Digər xəbərlər