“Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası ətrafında mühafizə zonasının yaradılması vacibdir”.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
O bildirib ki, Zaporojye AES-də durum getdikcə pisləşir: “Ona görə də ərazidə təcili mühafizə sonasının yaradılması vacibdir”.
R.Qrossinin sözlərinə görə, nüvə obyektinin mühafizəsi üçün tədbirlər görülməlidir: “Bu, hər zamankından daha vacib və aktualdır. Stansiyada mühafizə zonasının yaradılması ilk növbədə siyasi iradə tələb edir”.