2030-cu ilə qədər Ukraynanın Xmelnitski atom elektrik stansiyasında Amerika texnologiyası əsasında iki yeni enerji bloku tikiləcək.
Bunu Ukraynanın energetika naziri Herman Qaluşenko yerli televiziyaya deyib.
“Planlarımıza 2030-cu ilə qədər iki blokun tikintisi daxildir. Bir blokun tikintisinin orta dəyəri təxminən 5 milyard dollardır”, – Qaluşenko bildirib.
Onun sözlərinə görə, tikinti “Westinghouse” şirkətinin krediti və “Enerqoatom” dövlət müəssisəsinin vəsaiti hesabına aparılacaq.