9 C
Baku
Thursday, December 12, 2024

“ABŞ-ın sanksiyaları Rusiya ilə İranı bir araya gətirəcək” – Volodin

ABŞ-ın İran və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar iki ölkəni bir araya gətirəcək.

Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İranla Rusiya arasında münasibətlər həqiqətən inkişaf edib:

“İran və Rusiya münasibətləri faydalı və real olmalıdır. Əməkdaşlıq memorandumunun imzalanması iki ölkə arasında münasibətləri dərinləşdirəcək”.

Vyaçeslav Volodin, İran parlamentinin nümayəndə heyətinin 2023-cü ildə Moskvada keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcəyinə ümidini ifadə edib: “Biz müstəqil dövlətlərlə dünyada ədalətli struktur və çoxqütblü dünya istəyirik. Ölkələr öz taleyini və gələcəyini sərbəst şəkildə seçməlidir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər