14 C
Baku
Saturday, November 23, 2024

Aİ Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələri açıqlayıb

Qitədə yerləşən, lakin Avropa İttifaqı (Aİ) təşkilatının üzvü olmayan səkkiz ölkə Rusiya ilə bağlı bütün sanksiya qərarlarına, o cümlədən neftin qiymətinin yuxarı həddinin təyin edilməsi addımına qoşulub.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

“Aİ-yə üzv olmaq üçün namizəd olan Şimali Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, o cümlədən Ukrayna və Avropa azad ticarət zonası ölkələri (İslandiya, Lixtenşteyn və Norveç) Rusiyaya qarşı sanksiyalara qoşulub. Onlar öz siyasətlərini Aİ Şurasının qərarlarına uyğunlaşdırmaq öhdəliyini götürüb”, – mesajda deyilir.

Sənəddə bu ölkələrin ardıcıl olaraq Avropa Birliyinin bütün sanksiya qərarlarını dəstəklədiyi aydınlaşdırılır. Xüsusilə, Aİ üzvlüyünə namizəd olan ölkələrin mövqeyi onunla izah olunur ki, onlar Avropa İttifaqının bütün xarici siyasət qərarlarına əməl etməyə borcludurlar.

Serbiya anti-Rusiya sanksiyaları tətbiq etməkdən imtina edən yeganə Aİ namizədi olaraq qalır. Bu mövqe dəfələrlə Brüsseli qəzəbləndirib.

Son xəbərlər
Digər xəbərlər