13 C
Baku
Monday, May 6, 2024

Macarıstan şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasında iştirakı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

İqtisadi-ticarət əlaqələrinin təşviqi, Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə apardıq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər