Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində təmir işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində hərəkət məhdudlaşdırılıb.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yol seçmələri xahiş olunur.