15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, 1 nəfər həlak olub – YENİLƏNİR

17:35 — Rəisi: Qardaş və qonşu Azərbaycanın səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləyirik.


17:20 — İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məsələnin araşdırılması barədə tapşırıq verib.


16:56 — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:

“Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”.


16:26 — Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi:

“Bu çətin anda dost Azərbaycan xalqının yanındayıq”.


16:24 — Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifəsindən azad edilib. Onu İran polis rəisi Əhməd Rza Radan vəzifəsindən azad edib. Bildirilib ki, Abbas Əli Məhəmmədian Tehranın yeni polis rəisi təyin olunub. S.H.Rəhimi isə İqtisadi Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.


15:04 — 27 yanvar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.


14:20 — XİN başçısı Ceyhun bayramov:

“Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk.

Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır”.


14:16 — Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə:

    • Azərbaycanın İrandakı səfirliyinə silahlı basqının qarşısını almaq istəyərkən xəsarət alan iki şəxsin vəziyyəti qənatbəxşdir.
    • Rəsmi Bakı terror aktının müvafiq şəkildə araşdırılması, terror hücumunu törədənlərin, sifarişçilərin müəyyən edilməsi ilə bağlı İran tərəfinə tələb ünvanlayıb.
    • İran tərəfi səfirliyimizin yerləşdiyi ölkə kimi səfirliyimizin təhlükəsizliyini və mühafizəsinin təmin edilməsinə birbaşa məsuliyyət daşıyır. Bu isiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir.
    • Təsadüfü deyil ki, son aylarda İranda Azərbaycan əleyhinə həyata keçirilən təxribatlar, müvafiq media kampaniyaları Azərbaycana qarşı bu kimi hücumlara rəvac verir. Bu kimi hücum və təxribatların qarşısının alınması vacibdir.

 


13:02 — Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir

 


12:50 — İranın Azərbaycandakı səfirliyi:

      •  İran İslam Respublikasının XİN-nin sözçüsü Nasir Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin girişində təəssüf ki, bir nəfərin ölümü ilə nəticələnən silahlı hadisəni kəskin şəkildə pisləyib.
      •  Kənani bu səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verərək deyib: “Dərhal hadisəyə polis və təhlükəsizlik qüvvələri müdaxilə edərək, hücumçunu həbs edib və hal-hazırda dindirilir.”
      • Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə hadisənin ölçülərini və hücum edənin motivini müəyyən etmək üçün yüksək prioritet və həssaslıqla məsələ araşdırılır.
      • Kənani əlavə edib ki, müvafiq orqan və qurumlar tərəfindən aparılan ilkin araşdırmaların nəticələri bu hərəkətin arxasında şəxsi motivlərin dayandığını göstərir.
      • Buna görə də aidiyyəti hüquq-mühafizə, təhlükəsizlik və məhkəmə qurumlarının dərhal məsələni diqqətdə saxladığını nəzərə alaraq, KİV-lərə bununla bağlı etibarsız xəbərlər və spekulyasiyalar dərc etməkdən çəkinməsi tövsiyə olunur.
      • Kanani bununla bağlı daha ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra dərc ediləcəyini bildirib

12:49 — Azərbaycan Prezidentindən İrandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama:

 


12:44 — Azərbaycan XİN-nin sözçüsü Ayxan Hacızadə:

– Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəminində olduğunu düşünmürük.

– Hücumla bağlı bütün məsuliyyət İran tərəfinin üzərinə düşür.

– Son aylarda İran mediasında anti-Azərbaycan təbliğatı geniş yer alıb.

– “Bunun hücuma rəvac verdiyini düşünürük. Azərbaycan İranla hər zaman yaxşı qonşuluq tərəfdarı olub, İranın da buna müsbət cavab verəcəyini gözləyib. Lakin bu təxribatlar mənfi təsir göstərir”


10:43 — Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.

Hadisə nəticəsində bir nəfər yaralanıb.

327540820 716844359816270 5228512669257366980 n
Orxan Əsgərov


***

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

Hücum edən şəxs saxlanılıb.

İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər