Ukrayna ümumilikdə 321 xarici tank ala bilər.
Bunu Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko BFM telekanalının efirində deyib.
“Deyə bilərəm ki, bir sıra ölkələr Ukraynaya 321 ağır tank tədarükü ilə bağlı razılıqlarını rəsmən təsdiqləyib”, – Omelçenko bildirib.
Eyni zamanda, o, ağır texnikanın ötürülməsinin “gecikmələrlə” baş tuta biləcəyini etiraf edib. Səfir vurğulayıb ki, Kiyev bu yardıma mümkün qədər tez ehtiyac duyur.