7 C
Baku
Sunday, December 15, 2024

Rusiya və Türkiyə ortaq qaz qovşağının təhlükəsizliyi ilə bağlı müzakirələrə başlayıb

“Rusiya və Türkiyə arasında ortaq təbii qaz qovşağının təhlükəsizliyi ilə bağlı müzakirələr başlayıb”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Siromolotov deyib.

O bildirib ki, müzakirələr ekspertlər səviyyəsində aparılır: “Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Türkiyədə təbii qaz qovşağı yaratmaq layihəsi irəli sürülüb. Hazırda bu ideyanın həyata keçirilməsinin müxtəlif aspektləri müzakirə olunur. Moskva və Ankara birgə səylər nəticəsində enerji obyektlərinin təhlükəsizliyi daxil olmaqla, mövcud məsələləri uğurla həll edə bilər”.

O.Siromolotovun sözlərinə görə, enerji sahəsi iki dövlət arasındakı əməkdaşlığın ən uğurlu istiqamətlərindən biridir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, Türkiyədə təbii qaz qovşağı layihəsinin həyata keçirilməsi ilə bağlı qərar 2023-cü ildə qəbul olunacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin ilk dəfə bu ideyanı ötən ilin oktyabrında müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər