17 C
Baku
Friday, May 3, 2024

“Azsığorta” şirkəti ötən il geriləyib

“AzSığorta” ASC-nin 2022-ci il üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət 2022-ci ildə 11.081 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin  ilə müqayisədə 246 min. manat və ya 2% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 11.327 mln. manat təşkil etmişdir.

Ötən il şirkət tərəfindən ümumilikdə 9.438 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 2.071 mln manat və ya 28% çox olub.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər