14 C
Baku
Saturday, November 23, 2024

Hindistanın ən varlı adamının şirkətlərinin dəyəri $72 mlrd. azalıb

Hindistanın sənaye konqlomeratı “Adani Group”un səhmləri 30 yanvar bazar ertəsi günü də ucuzlaşmağa davam edib. “Bloomberg”in hesablamalarına görə, üç günlük kütləvi satışlardan sonra Asiyanın ən varlı adamı olan hindistanlı milyarder Qautam Adaninin başçılıq etdiyi Hindistan holdinqinin ümumi kapitallaşması demək olar ki, 72 milyard dollar azalıb.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Satışlar Amerikanın “Hindenburg Research” araşdırma şirkətinin “Adani Group”u çoxsaylı maliyyə pozuntularında ittiham edən hesabatının yanvarın 24-də dərc olunması fonunda başlayıb. Şirkət analitikləri bildiriblər ki, hesabat səhmlərin manipulyasiyası və mühasibat uçotunun pozulması ilə bağlı iki illik araşdırmanın nəticəsidir.

Bazar günü “Adani Group” bütün yerli qanunlara uyğun olduğunu və tənzimləyicilərə lazımi tənzimləyici məlumatları təqdim etdiyini açıqlayıb. Şirkət ABŞ-ın “Hindenburg Research” hesabatına 413 səhifəlik təkzib dərc edib.

Bazar ertəsi, yanvarın 30-da Hindistan Milli Fond Birjasında (NSE) “Adani Transmission” səhmləri 15.2%, “Adani Total Gas” – 20%, “Adani Green Energy” – 20%, “Adani Power” – 5%, ucuzlaşıb.

“Bloomberg” hesab edir ki, “Adani Group” konqlomeratının şirkətlərinin kapitallaşmasının azalması səbəbindən hindistanlı milyarder Qautam Adaninin sərvəti bir gündə 20.8 milyard dollar azalıb. 2023-cü ilin əvvəlindən “Adani Group” konqlomeratının yaradıcısının itkiləri artıq 2.,9 milyard dollara çatıb. 2022-ci ilin sonunda Qautam Adani Bernard Arno və İlon Maskdan sonra dünyanın üçüncü ən varlı adamı olub. Yanvarın 30-na olan məlumata görə, o, “Bloomberg”in milyarderlər reytinqində yeddinci yerə düşüb.

Son xəbərlər
Digər xəbərlər