2022-ci ildə Türkiyə turizmdən 46 284.9 milyon ABŞ dolları gəlir əldə edib ki, bu da 2021-ci illə müqayisədə 53.4 % çoxdur.
Bu barədə Türkiyənin statistika qurumu məlumat yayıb.
Məlumata görə, illik gəlirin 34 477 milyon ABŞ dolları şəxsi xərcləmələrdən, 11 807.9 milyon ABŞ dolları isə tur-paketlərdən əldə olunub.
Bundan başqa, ötən il Türkiyə turizmə 4 276.5 milyon ABŞ dolları xərc çəkib ki, bu da əvvəlki ilə nisbətən 2.3 dəfə çoxdur. İllik xərcin 3 753.4 milyon ABŞ dollarını şəxsi xərcləmələr, 523.1 milyon ABŞ dollarını isə tur-paketlərin alınmasına çəkilən xərclər təşkil edib.