14 C
Baku
Saturday, November 23, 2024

Nizami rayonunda sökülən binanın sakinlərinə kirayə haqqı və ev veriləcək

Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.

Bina Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşir.

Həmin binadan artıq sakinlər tam köçürülüb.

Sakinlərin bildirdiyinə görə, bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək köçürülən ailələrin kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, Bakının Nizami rayonunda bir neçə yaşayış binasının sökülməsinə başlanılıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər