Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatı 31 yanvar 2023-cü il tarixinə 9 milyard 61.4 milyon dollara yüksəldi.
Banker.az xəbər verir ki, bu da son bir ayda 66 milyon dollar (0.73%), son bir ildə isə 1 milyard 989 milyon dollar (28.1%) artım deməkdir.
Xatırladaq ki, Azərbaycanda yanvarda dollara tələb kəskin düşüb. 2023-cü ilin ilk ayında 8 valyuta hərracı keçirilib, onların ikisində heç bir tələb olmayıb.
Ümumilikdə yanvar ayında 188.6 milyon dollar satılıb ki, bu da aylıq müqayisədə 68% aşağı rəqəmdir.