Fevralın 1-dən etibarən Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.
Bu qərarla bağlı yeni detallar məlum olub.
Yeni məlumat odur ki, yalnız Naxçıvan qeydiyyatında olan vətəndaşlar Türkiyəyə 15 gündən bir öz avtomobilləri gedib-gələ biləcəklər.
Ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşların isə yalnız Azərbaycana girişinə icazə verilir.
Bu barədə quru yolla Türkiyəyə gedib-gələn vətəndaşlar Naxçıvan TV-yə danışıblar və onlar da məlumatı təsdiq ediblər.