-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ Çinə sanksiya tətbiq edə bilər

Hava balonu ilə bağlı insident səbəbindən ABŞ Çinə qarşı sanksiyalar tətbiq edə bilər.

Bunu ABŞ-ın nəqliyyat naziri Pit Buttejac CNN telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, Çinin hərəkətləri Amerikanın suverenliyinin birbaşa pozulmasıdır.

Buttejac onu da vurğulayıb ki, şarın məhv edilməsi əməliyyatı zamanı insanlara və əmlaka heç bir ziyan dəyməyib. Eyni zamanda, o, qalıqların sudan çıxarılması ilə Pentaqonun məşğul olduğunu qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər