İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək.
Banker.az xəbər verir ki, bu hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı: ( https://clck.ru/33TqtH )