16 C
Baku
Monday, May 6, 2024

İsveç Türkiyə və Suriyaya 657 min dollar ayırıb

İsveç Türkiyə və Suriyada baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılmasında təcili yardım üçün 7 milyon kron (657 min ABŞ dolları) ayırıb.

Bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin bildirib.

Vəsaitin 5 milyonu Türkiyə Qızıl Ayparasına, 2 milyonu isə Suriyaya göndəriləcək.

Stokholm, həmçinin evlərini itirənlərə çadır, avadanlıq və müvəqqəti sığınacaq yollayıb.

Danimarka da Türkiyə və Suriyaya 10 milyon kron (1,44 milyon dollar) ayırdığını açıqlayıb. Vəsait zərərçəkənlər üçün su, yemək və çadırlara, eləcə də zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər