ABŞ-da son 40 ilin ən güclü zəlzələsi qeydə alınıb

ABŞ-da son 40 ilin ən güclü zəlzələsi qeydə alınıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Nyu-Yorkun Buffalo şəhərində 3.8 bal gücündə zəlzələ baş verib. Onun şəhərdən 32 km aralıda yerləşən Niaqara şəlaləsi yaxınlığında hiss olunduğu qeyd edilir. Ölən və yaralananlar barədə məlumat verilmir.

Fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın şimalında silsilə zəlzələlər baş verib. Yeraltı təkanlar 7.6-7.8 bal gücündə qiymətləndirilir. “Anadolu” agentliyinin vitse-prezidenti Fuat Oktaya istinadən verdiyi məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 3381 nəfərə çatıb, qurbanların sayı isə 20426  nəfərdən çox olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər