Mask Texasda dünyanın ən böyük çip zavodunu quracaq

İlon Mask “SpaceX”in planlarına əsasən, dünyanın ən böyük çip istehsalı müəssisəsi olacaq Texasdakı gələcək Terafab zavodunun layihəsini təqdim edib.

Bu barədə sahibkar X sosial şəbəkəsində məlumat yayıb.

“Texasdakı Terafab Yer kürəsinin ən böyük və ən dəyərli binası olacaq”, – Mask zavodun layihəsini əks etdirən videonu paylaşaraq yazıb.

“SpaceX”in saytında verilən məlumata görə, müəssisənin sahəsi təxminən 9,3 milyon kvadratmetr olacaq.

Terafab zavodunda istehsal ediləcək çiplərin insanabənzər Optimus robotlarında, Cybercab robotaksilərində, həmçinin “SpaceX”in kosmik məlumat emalı mərkəzlərində istifadə edilməsi planlaşdırılır.

MənbəReport.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər