13 C
Baku
Saturday, November 23, 2024

Bayden ABŞ-da fövqəladə vəziyyətin tezliklə ləğv ediləcəyini açıqlayıb

Amerika Birləşmiş Ştatları koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin tezliklə ləğv edildiyini bildirəcək.

Bunu ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatası qarşısında və Senatında çıxışı zamanı təsdiqləyib. O deyib: “Koronavirusla bağlı ölüm halları təxminən 90 faiz azalıb. Biz milyonlarla insanın həyatını xilas etdik və ölkəni yenidən açdıq”. Bayden qeyd edib ki, səhiyyə sahəsində fövqəladə vəziyyət tezliklə ləğv ediləcək.

Ağ Evin İnzibati-büdcə idarəsinin məlumatına görə, ABŞ administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin mayın 11-də dayandırılmasının tərəfdarıdır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər