İstanbul Fond Birjası ticarəti müvəqqəti olaraq dayandırır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Fond bazarlarında və törəmə fond indekslərində əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edilib”, – deyə “TRT Haber” yazır.
Bazar ertəsi səhər Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Son məlumatlara görə, ölənlərin sayı təxminən 7 minə çatıb, 38 mindən çox yaralı var.