12 C
Baku
Saturday, November 23, 2024

İran ötən il silah ixracını üç dəfə artırıb

İran 2022-ci ilin mart-dekabr aylarında silah ixracını əvvəlki ilin analoji dövrü ilə müqayisədə üç dəfə artırıb.

Bunu İran müdafiə nazirinin müavini general Seyid Mehdi Fərrahi deyib.

Nazir müavininin sözlərinə görə, İranda hərbi sənaye kompleksinin intensiv inkişafı on il bundan əvvəl başlayıb və bunun nəticəsi olaraq yerli hərbi texnikanın təlimlərdə iştirakı nəzərəçarpacaq dərəcədə artıb:

“Təkcə son bir ildə orduda yerli hərbi texnikanın payı 10 faiz artaraq 93 faizə çatıb”, o deyib.

İranlı general onu da əlavə edib ki, dünyada İranın rəqiblərinin sayının çox olması səbəbi ilə ölkədə müdafiə sənayesi özəl şəxslərin deyil, hökumətin əlində olmalıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər