Yanvarın 9-dan fevralın 5-dək olan müddətdə 10 milyondan artıq insan COVID-19-a yoluxub, onların 90 mindən çoxu vəfat edib. Əvvəlki 28 günlə müqayisədə infeksiya nəticəsində həyatını itirənlərin sayı 8 faiz, yoluxma halları isə 89 faiz azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində məlumat verilib.
ÜST-nin məlumatına görə, dünyada son dörd həftə ərzində 10 458 265 yoluxma və 90 520 ölüm halları qeydə alınıb.
Son 28 gündə ən çox yoluxma Çində (3 485 265) aşkar edilib. Bunun ardınca Yaponiya (2 429 215), ABŞ (1 328 65736), Koreya Respublikası (736 811) və Braziliya (389 444) gəlir. Çində yanvarın 9-dan fevralın 5-dək olan müddətdə ən çox ölüm halı (40 812) qeydə alınıb. Daha sonra ABŞ (15 294), Yaponiya (9 874), Böyük Britaniya (2 671) və Braziliya (2 566) yer alıblar.