10 mart 2023-cü il saat 10.00-da “Gəncə Şərab -2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlərə “Gəncə Şərab-2” ASC-də struktur dəyişiklikləri və digər məsələlər daxildir.
Səhmdarların növbədənkənar ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (Kənar küçəsi 3) nömrəli ünvanda, “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləcəkdir.