6 C
Baku
Sunday, December 15, 2024

“Akkord”un şirkətinin dövlətə 2.4 milyon manat vergi borcu var

“Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında vergi borcu var.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Akkord Hydrotechnical Construction Company” MMC-nin 2 366 720.16 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 9 fevral 2023-cü il tarixinə qədər olandır.

Xatırladaq ki, “Akkord Hydrotechnical Construction Company” 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 274 541 manatdır və qanuni təmsilçisi Tural Səmədovdur.

Son xəbərlər
Digər xəbərlər