Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə dəstək üçün Kredit Evi QSC tərəfindən Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) 22.000 Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti ianə edilmişdir. Bundan əlavə zəlzələdən zərər çəkənlər üçün quru qida, gigiyenik və təmizlik vasitələrinin göndərilməsi təmin edilmişdir.
Qardaş ölkənin acısını paylaşır, baş vermiş zəlzələlər ilə əlaqədar Türkiyə və türk xalqına başsağlığı verir, yaralılara şəfa, dağıntılar altında qalanlara isə tezliklə sağ-salamat xilas olmalarını diləyirik.
Başın sağ olsun, Türkiyə!