10 C
Baku
Monday, November 18, 2024

BMT: “Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keçəcək”

Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keçəcək.

Bu fərziyyəni Adanada olan BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits “Sky News”a müsahibəsində irəli sürüb.

“Dəqiq qiymət vermək çox çətindir, çünki dağıntılar hələ təmizlənməyib, lakin əminəm ki, ölənlərin sayı iki və ya daha çox artacaq”, – o deyib.

Qriffits əlavə edib ki, zəlzələ fəsadlarının öhdəsindən gəlmək Suriyaya daha çətin başa gəlir:

“Humanitar nöqteyi-nəzərdən acı həqiqət ondan ibarətdir ki, Suriya xalqının tələbatları ildən ilə artır və, ürəkaçıq ianələrə baxmayaraq, onları təmin edə bilmirik. Nəticədə tam yoxsulluq içində yaşayan Suriya sakinlərinin sayı artır və indi bu, əhalinin 90 %-nə çatır”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son xəbərlər
Digər xəbərlər