3 C
Baku
Saturday, December 14, 2024

Podolyak: “Dünya şirkətlərinin yalnız 9%-i Rusiyanı tərk edib

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 1500-ə yaxın qlobal şirkətin yalnız 9%-i Rusiya bazarını tərk edib.

Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Telegram”da yazıb.

Onun sözlərinə görə, Rusiyada işləmək üçün qalan Qərb şirkətləri arasında ən böyük paya Almaniya (19,5%), Amerika (12,4%) və Yaponiya (7%) şirkətləri sahibdir.

Podolyak “METRO”, “Leroy Merlin”, “Auchan”, “Nestle”, “Unilever”, “Procter & Gamble”, “Siemens”, “Pfizer”, “Philip Morris”, “Bayer”, “Acer”, “Alibaba”, “CloudFlare”, “Societe Generale”, “Credit Suisse”, “Lenovo”, “Asus”, “Cersanit” kimi brendləri sadalayıb və bunun ikiüzlülük və terrorçulara sponsorluq etmək kimi dəyərləndirib.

Son xəbərlər
Digər xəbərlər