Qətər zəlzələ qurbanları üçün Türkiyəyə konteyner evləri göndərməyə başlayıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qətər İnkişaf Fondunun direktoru Xəlifə bin Casim əl-Kevari konteyner evlərinin yükləndiyi paytaxt Dohadakı Beynəlxalq Hamed Limanındakı mətbuata açıqlamasında Əmir Şeyx Təmim bin Hamed Al Taninin göstərişi ilə 10 min konteyner Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün evlərin daşınmasına başlanıldığını bildirib.
Bu gün gələn ilk yük gəmisi ilə birlikdə 306 konteyner evinin göndəriləcəyini ifadə edən Kevari, qalan hissələrin sürətli daşınması üçün işləri davam etdirdiklərini bildirib.