Hesabat dövründə 2.1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək 609.1 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə AÇG-dən 568.5 milyon ton neft, “Şahdəniz”dən isə 40.6 mln. ton kondensat çıxarılıb.
“Bundan 01 fevral 2023-cü il tarixinədək 607 mln. tondan çox ixraca nəql edilib”, – məlumatda qeyd olunur.
Qeyd olunur ki, 2023-cü ilin yanvar ayında ölkədə 2.7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 1.6 mln. tonu AÇG-nin, 0.4 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0.7 mln. ton təşkil edib.