11 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqı Rusiyadan boru kəmərləri ilə aldığı qazın həcmini açıqlayıb

Rusiyadan boru kəmərləri ilə gələn qaz bu ilin ilk 5 həftəsində Aİ-nin “mavi yanacağın” ümumi idxalının təxminən 7.5%-ni əhatə edib.

Bunu Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni bildirib.

“2023-cü ilin ilk beş həftəsində Rusiyadan gələn boru kəməri qazı Aİ-nin ümumi qaz idxalının təxminən 7.5%-ni təşkil edib, eyni dövrdə 2021-ci ildə orta hesabla bu rəqəm 37%-ə bərabər olub”, – Paolo Gentiloni qeyd edib.

Onun sözlərinə görə, Avropa Komissiyası (AK) cari rübün sonundan gec olmayaraq Aİ üçün “mavi yanacağın” birgə alınması mexanizmini işə salmaq niyyətindədir: “Növbəti istilik mövsümünə qədər anbarın doldurulmasına dəstək olmaq üçün cari rübün sonundan gec olmayaraq birgə satınalma alətini işə salmaq niyyətindəyik”.

Son xəbərlər
Digər xəbərlər