7 C
Baku
Thursday, December 12, 2024

Vyetnamlı qaçqın Devid Tran acı sous sayəsində necə milyarder oldu?

Los-Ancelesə gəldikdən 45 il sonra Devid Tran şriraça sousunun istehsalını çox milyardlıq biznesə çevirdi. “NPD Group” tədqiqat şirkətinin məlumatına görə, xoruz loqosu və yaşıl qapağı ilə tanınan butulkalar ABŞ-ın demək olar ki, on mətbəxindən birində tapıla bilərdi. Bu gün “Huy Fong Foods”un istehsal etdiyi şriraça 1.5 milyard dollar gəlirlə ABŞ-ın acı sous bazarında üçüncü yeri tutur.

1978-ci ilin dekabrında 33 yaşlı Devid Tran 100 unsiya qızılı götürərək, Vyetnamdakı evini tərk edir. O, o vaxt 20 min dollar, bu gün isə təxminən 90 min dollar dəyərində olan qiymətli metal Vyetnam kommunist hakimiyyətinin diqqətindən yayınmaq üçün qatılaşdırılmış süd qutularında gizlətdi. Tran yük maşını ilə Honkonqa gedir və səkkiz ay müddətində qaçqın düşərgəsində qalır. Altı ay sonra gənc sahibkar nəhayət Los-Ancelesdə məskunlaşır.

Los-Ancelesə gələrək Tran qızılın bir hissəsini satır və 2500 kv. fut sahəsində bina alır. O, acı sous istehsal etmək məqsədilə “Huy Foods” şirkətini qurur. Qeyd edək ki, “Huy Fond Foods”un adı Tranın Vyetnamdan minib qaçdığı “Huey Fong” qayığı ilə əlaqəlidir.

40 il sonra şriraça sousunu Amerikanın “Survivor” realiti-şousunda, Beynəlxalq Kosmik Stansiyada və dünyada saysız-hesabsız insanların yemək masalarında görmək olardı. “NPD Group” tədqiqat şirkətinin məlumatına görə, xoruz loqosu və yaşıl qapağı ilə tanınan butulkaları ABŞ-ın demək olar ki, on mətbəxindən birində tapmaq olardı. “Huy Fond Foods”un istehsal etdiyi şriraça 1868-ci ildən “McIlhenny” ailəsinə məxsus olan “McIlhenny’s Tabasco” və “McCormick & Co” ədviyyat şirkətinin istehsal etdiyi “Frank’s RedHot”dan sonra 1.5 milyard dollar gəlirlə ABŞ-ın üçüncü ən məşhur acı sousu idi.

“IBISWorld” tədqiqat şirkətinə görə, 2020-ci ildə “Huy Fong Foods” proqnozlaşdırılan 131 milyon dollarlıq satışları aşaraq 1 milyard dollar göstəricisinə çatmışdı. Bu, 77 yaşlı Tranı ölkənin yeganə acı sous milyarderinə çevirmişdi. Son illərdə “Huy Fong Foods”un bəzi rəqibləri ələ keçirilsə də, Tran şirkəti satmaq niyyətində deyil. O, biznesini iki övladına – 47 yaşlı Uilyam və 41 yaşlı Yassiyə verməyi planlayır.

“Huy Fond Foods”un şriraçası çox populyarlaşdı, baxmayaraq ki, 1980-ci illərin əvvəllərindən bəri şirkət reklam üçün bir qəpik də xərcləmədi, topdansatış qiymətlərini də qaldırmadı.

Uğur Tranı dəyişmədi. “Mən keyfiyyətli məhsul istehsal etməyə davam etmək istəyirəm, məsələn, daha acı sous hazırlamaq… və qazanc əldə etməyi düşünmürəm”, – sahibkar deyir.

13

Tran uğura qədər uzun bir yol keçib. O, 1945-ci ildə Vyetnamın Şokçanq əyalətində anadan olub. O vaxtlar ölkə hələ Fransanın müstəmləkəçiliyi altında idi. Tranın həyat hekayəsinə görə, onun atası tacir, anası isə evdar qadın idi.

16 yaşında ikən ibtidai məktəb təhsilli Tran kimyəvi maddələr satışı ilə məşğul olan mağazada işləmək üçün böyük qardaşının ardınca Sayqona köçür. Daha sonra məktəb təhsilini davam etdirmək üçün Şokçanqa geri qayıdır və hərbi xidmətə yollanır.

“Başqa seçimim yox idi. Gecə vaxtı polis qapımı döydü”, – Tran xatırlayır.

Tran heç vaxt döyüşlərdə iştirak etmirdi. O, əsasən aşpaz kimi işləyirdi və 1975-ci ildə hərbi xidmətini başa vurdu. Bir neçə ay əvvəl Tran indiki həyat yoldaşı Ada ilə evləndi. Hərbi xidmətini başa vurduqdan sonra böyük qardaşı ilə birlikdə Sayqonun şimal-şərqindəki mülkündə çili yetişdirməyə başladı. Məhz o dövrdə o, acı sous sənayesinə daxil oldu. Belə ki, Tran bazardakı digər sousların kifayət qədər acı və parlaq dadlı olmadığını gördü. Buna görə də o, kimya sahəsində əldə etdiyi biliklərindən istifadə edərək, uzun müddət təzə və ədviyyatlı qalacaq bir sous yaratmaq üçün bibər yetişdirməyə qərar verdi.

“Mən kütləvi istehsal haqqında düşünməyə başladım, çünki çilinin qiyməti gah qalxırdı, gah da enirdi. Əgər sousu hazırlayıb təzə qalmağını təmin eləsəm, qiymətlər isə aşağı olsa.. Qiymətlər bahalaşanda biz qiymətlərimizi eyni saxlayacağıq. Beləliklə, bizə tələb artmış olacaq”, – biznes strategiyasına izah gətirən Tran deyir.

Tran, böyük qardaşı və qayınatası evdə acı sous hazırlayaraq, onu ABŞ əsgərlərinin qoyub getdiyi “Gerber” uşaq qidası qablarına tökdülər. Lakin 1978-ci ilə qədər kommunist hökuməti çinli vyetnamlıları ölkəni tərk etməyə məcbur etdi. Buna görə Tran və ailəsi hər şeyi ataraq Honkonqa gedən yük gəmisinə mindilər. 1980-ci ilin yanvarında Tran, həyat yoldaşı və oğlu Kaliforniyada çilinin tapıla biləcəyini düşünərək, qismən Kaliforniyaya köçdü. Tran yerli bazarlardan bibər aldı və 1980-ci ilin fevralında “Huy Fong Foods”u qeydiyyatdan keçirtdi, loqo kimi xoruzu seçdi (Çin təqviminə əsasən Xoruz ilində anadan olduğu üçün).

Bundan sonra Tran mavi “Chevrolet” furqonundan şriraça satmağa başladı. 1987-ci ilə qədər tələb o qədər artmışdı ki, o, “Huy Fond Foods”u Los-Anceles qraflığının şərqindəki Rouzmid şəhərində köçürtdü.

2010-cu ildə “Huy Fond Foods” indiki 650 min kv fut təşkil edən ofisinə keçdi. Lakin sürətli böyümə ilə yanaşı, yeni problemlər də ortaya çıxdı: 2013-cü ildə İrvindeyl şəhəri “Huy Fond Foods”u şirkətin fabrikindən gələn bibər qoxusuna görə məhkəməyə verdi və bunu “asayişin pozulması” adlandırdı. Məsələ böyüdü və Texasın senatoru Ted Kruz şirkəti “Qızıl ştat”dan ayrılmağa çağırdı.

Adətən mətbuatdan qaçan Tran bütün bunlara sərt cavab verdi. “Tranı bu qədər maraqlı edən şeylərdən biri onun hekayəsini danışmaq istəməməsidir. Onu maraqlandıran yeganə şey biznesini dürüstlüklə idarə etməyə davam etməkdir”, – deyə 2013-cü ildə şriraça haqqında sənədli film çəkən rejissor Qriffin Hemmond söyləyir.

Digər problem 2017-ci ildə “Huy Fong Foods”un 1988-ci ildən bəri eksklüziv çili tədarükçüsü olan “Underwood Ranches” ilə münasibətləri pozulduqda ortaya çıxdı və bu, məhkəmə çəkişmələrinə səbəb oldu. Hüquq mübarizəsi 2021-ci ilə qədər davam etdi, Kaliforniya apelyasiya məhkəməsi “Huy Fong”u “Underwood”a 23 milyon dollar təzminat ödəməyə məcbur etdi.

Bundan sonra, deyəsən, qıtlıq sona çatır və “Huy Foods” saatda 18 min butulka şriraça istehsal etmək kimi adi tempinə qayıdır. Lakin şriraça şirkətin yeganə məhsulu deyil, o, həm də daha iki isti sous hazırlayır: yalnız çili, duz və sirkədən istifadə edildiyi sarımsaqlı sous.

Tran 1980-cı ildə ilk dəfə satışlara başladıqdan bəri şriraçanı eyni reseplə hazırlamağa davam edir: çili, şəkər, duz və sirkə. Bu, “Huy Fong Foods”u kiçik startapdan milyard dollarlıq biznesə aparan uğur resepti olmuşdur.

Son xəbərlər
Digər xəbərlər