14 C
Baku
Saturday, November 23, 2024

Avropa Parlamenti 2035-ci ildən benzinlə işləyən avtomobillərin satışını qadağan edib

Avropa Parlamentinin deputatları 2035-ci ildən Avropa İttifaqında benzin və ya dizel yanacağı ilə işləyən yeni avtomobillərin satışını qadağan edən qanunu təsdiqləyiblər.

“Vətəndaşlarımızı və sənayemizi keçmişə bağlamaq ağıllı addım deyil. Biz tənzimləmənin aydınlığını təmin etməliyik”, – deyə Aİ-nin icraçı vitse-prezidenti Frans Timmermans söyləyib.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Qanun 2030-cu ilə qədər satılan yeni minik avtomobillərində karbon emissiyalarının 2021-ci ilə nisbətən 55% az olmasını nəzərdə tutur. 2035-ci ilə qədər isə satışda olan bütün yeni avtomobillər atmosferə sıfır zərərli emissiya tələbinə cavab verməlidir.

“The Wall Street Journal”un istinad etdiyi sənaye qrupları əmindirlər ki, bu tələb daxili yanma mühərrikli avtomobillərin satışını dayandıracaq və elektrikli avtomobillərə keçidi sürətləndirəcək.

Eyni zamanda, yeni qanun 2035-ci ildən etibarən karbon izi buraxmayan, hidrogen və ya bioyanacaqdan hazırlanan neytral yanacaqla işləyən mühərrikli avtomobillərin satışını qadağan etmir.

Son xəbərlər
Digər xəbərlər