İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
O qeyd edib ki, layihənin əsas məqsədi yerli istehsala dəstək və idxaldan asılılığın azaldılmasıdır.