Azərbaycanda Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı təsdiqlənib.
Siyahı aşağıdakı kimidir:
Aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallar:
– içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);
– araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;
– şərab və şərab materialları;
– pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan).
Məcburi nişanlanmalı olan mallar:
– tütün məmulatları;
– elektron siqaretlər üçün maye;
– istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
– qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;
– birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.
Bu mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək satıldığı təqdirdə həmin mallara aksiz markası tətbiq edilir.