10 C
Baku
Wednesday, November 27, 2024

ABŞ 2023-cü ildə defolt riski ilə üzləşə bilər

ABŞ Konqresinin Büdcə Departamenti, dövlət borcunun tavanının yüksəldilməyəcəyi təqdirdə 2023-cü ilin iyul-sentyabr aylarında defolt riski ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Bu barədə departamentin araşdırmasında göstərilib.

Departament həmçinin dövlət büdcəsinin kəsirinin 2024-cü ildən 2033-cü ilə qədər ildə təxminən 2 trilyon dollar olacağını proqnozlaşdırıb. Qeyd olunub ki, 2024-cü maliyyə ilində kəsir 2033-cü ilə qədər 2.851 trilyon dollara və ya ÜDM-in 7.3%-nə çatacaq.

Qeyd olunur ki, 2023-cü maliyyə ili üçün büdcə kəsiri 1.410 trilyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin göstəricilərini üstələyir. Boşluq ABŞ prezidenti Cozef Baydenin tələbə borclarını silmək planlarına görə genişlənib.

Daha əvvəl “American Greatness” yazıb ki, indiyə qədər 31.5 trilyon dolları keçmiş ABŞ dövlət borcunun artan həcmi yaxın gələcəkdə ölkənin federal büdcəsinin tamamilə çökməsinə səbəb ola bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər