10 C
Baku
Thursday, December 12, 2024

ABB-nin Sumqayıt filialı da yeniləndi

®ABB filialların transformasiyası layihəsini davam etdirərək xidmət ofislərini yeniləyir. Bankın Sumqayıt filialı yeni konseptdə müştərilərin istifadəsinə verilib. Filial Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 112/14 ünvanında fəaliyyət göstərir. 

Burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Sumqayıt filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib: “Sumqayıt əhali sayına və sənaye əhəmiyyətinə görə ölkəmizin ən böyük şəhərlərindəndir. ABB-nin Sumqayıt filialında yaradılmış müasir şərait burada həm korporativ, həm fərdi müştərilərimizə yüksək xidmət imkanı verir. Yaxın gələcəkdə bu şəhərdə xidmət şəbəkəmizi daha da genişləndirmək üçün əlavə tədbirlər nəzərdə tuturuq. ABB-nin yeni brend kimliyinə uyğun olaraq filiallarımızın simasının yenilənməsi prosesi də uğurla davam edir. Bu proses digər regionlarımızda da həyata keçiriləcək”. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Son xəbərlər
Digər xəbərlər