Bank olmayan kredit təşkilatı “İnternational” QSC-nin daxili auditor xidmətinin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, “İnternational” BOKT-un Daxili audit xidmətinin rəhbəri Ağayev Azər Qismət oğlu vəzifəsindən azad olunub.
Onun yerinə Məhərrəmov Oruc Kəramət oğlu təyin edilib.
Xatırladaq ki, BOKT “International” 2013-cü ildə yaradılıb və 5 mln. manat nizamnamə (səhm) kapitalı var. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.