6 C
Baku
Sunday, December 15, 2024

AEBA: İran uranın 84%-ə qədər zənginləşdirilməsinə nail olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişləri belə qənaətə gəliblər ki, İran uranın 84%-ə qədər zənginləşdirilməsinə nail olub.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, AEBA müfəttişləri ötən həftə İranın 84%-ə qədər zənginləşdirilmiş uran aldığını müəyyən ediblər. Agentlik vurğulayıb ki, bu, ölkədə qeydə alınan yanacaq zənginləşdirmənin ən yüksək səviyyəsidir.

“Bloomberg” qeyd edib ki, nüvə silahı yaratmaq üçün uranın 90 %-ə qədər zənginləşdirilməsinə nail olmaq lazımdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər