Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 545 ABŞ dollarına yaxınlaşıb.
Banker.az xəbər verir ki, 20 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 544.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (540.1 dollar) ilə müqayisədə 0.9% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.